Qərbi Azərbaycan İcması
Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan sənətinin böyük ustadı Aşıq Ələsgərin 175 illik yubileyinin respublikada keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini, sədr
Təşkilat Komitəsinin üzvləri
Rəfael Allahverdiyev - Bakı şəhəri İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri
Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri
Sirus Təbrizli - Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
Nizami Xudiyev - Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
Fərəməz Maqsudov - Azərbaycan Elmlər prezidenti
Tofiq Quliyev - Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
Misir Mərdanov - M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru
Mübariz Yusifov - H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru
Bəkir Nəbiyev - Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi
Kamal Abdullayev - Mədəniyyət Fondunun sədri
Bəxtiyar Vahabzadə - Xalq şairi
Zəlimxan Yaqub - şair
İslam Ələsgərov - Aşıq Ələsgərin nəvəsi, tədqiqatçı
Ədalət Nəsibov - Əməkdar incəsənət xadimi
Narınc Səfərova - “Aşıq Pəri” məclisinin rəhbəri
2. Azərbaycan Elmlər Akademiyası və Mətbuat və İnformasiya Nazirliyi Aşıq Ələsgərin ədəbi irsinin, habelə onun həyat və yaradıcılığını əks etdirən tədqiqat işinin hazırlanıb çap olunmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 1997-ci il
№ 694