Qərbi Azərbaycan İcması
Əziz dostlar!
Son günlər mətbuatda və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı fikirlərimi diqqətinizə çatdırıram.
AŞPA-dakı nümayəndə heyətimizin qətiyyətli mövqeyi
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu qərar bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. AŞPA qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Göstərilən səbəblərin sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində, Avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı Avropa deputatlarının Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürü idi.
Bu qərar ölkəmizin milli maraq və mənafelərinə uyğun məsələlərə münasibətdə hansısa kənar təsirlərin yolverilməzliyinin vur¬ğulanmasıdır. Dünyanın mövcud reallığı nəzərə almasının vaxtı çoxdan çatıb. AŞPA-dakı nümayəndə heyəti¬mizin addımı vaxtı çatmış məsələ ilə əlaqədar, bir növ, təbil zəngidir. Həmin qərar həm də Avropa Şurası¬nın və onun ayrı-ayrı strukturlarının Azərbaycan ilə təzyiq dili ilə danış¬masına sərt münasibətinin ifadəsidir. Hesab edirik ki, həmin strukturlar ha¬zırkı insidentdən dərs götürməlidirlər.
AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri öz ərazimizdə və Ermənistanda bir milyona yaxın azərbaycanlının adi insan hüquqlarının kobud şəkildə po¬zulması, minlərlə günahsız insanın milli mənsubiyyətinə görə ermənilər tərəfin¬dən qətlə yetirilməsi və işğal olunmuş torpaqlarımızın etnik təmizləməyə mə¬ruz qalması ilə bağlı nümayəndə heyə¬timizin müzakirələr aparması və müvafiq qərarlar qəbul olunmasına təkid etmə¬sinə baxmayaraq AŞPA bu məsələlərlə məşğul olmadığını və Ermənistan–Azər¬baycan münaqişəsinin yalnız ATƏT çər¬çivəsində müzakirə oluna biləcəyini israr edirdi. AŞPA artıq otuz ildən çoxdur ki, bir sıra rəsmi sənədlərdəki sözdə çağırışdan başqa yurdlarından zorla deportasiya edilmiş azərbaycanlıların taleyi ilə maraqlan¬mamışdır. Yüz minlərlə azərbaycanlı həm indi¬ki Ermənistan ərazisindən, həm də Qa¬rabağdan qovulub, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum du¬ruma düşüb. Otuz ildən çoxdur davam edən məhkumluq bu gün də aktualdır.
Bəli, Qərbi Azərbaycandan olan soy¬daşlarımız hələ də öz vətənlərinə - Göy-çəyə, Zəngəzura və Ermənistanın digər bölgələrinə ayaqlarını belə basa bilmir¬lər. Bəs bu müddətdə AŞPA da daxil ol¬maqla, Avropa qurumları onların öz ev¬lərinə qayıtmaları üçün Ermənistandan nə isə tələb ediblərmi?
Laçın yolunu təntənəli şəkildə “dəh¬liz”, sanki nəfəslik kimi göstərir, lakin həmin “nəfəslik” vasitəsilə azərbaycan¬lıların öz yurdlarına dönmələri məsələ¬sini heç müzakirə belə etmək istəmirlər. Təsəvvürlərindəki “dəhliz” yalnız ermə¬nilərin və onların havadarlarının Ermə¬nistandan Azərbaycana sərbəst keçmə¬sini təmin etməli olan birtərəfli hərəkət zolağıdır!
Bu tezisi demək üçün çoxlu sayda faktlar var. Elə AŞPA-nın da “faktları” yalnız “ermənilərə onu icazə vermirlər, bunu icazə vermirlər” kimi formal mən-tiqin çərçivəsini aşmır. Avropa dövlətlə¬rinin (xüsusilə, Fransa və Almaniyanın) bununla bağlı tələblərindən belə qənaət hasil olur ki, “dəhliz” yalnız ermənilər və onların ağaları üçündür. Azərbaycanlılara “dəhliz” məntiqini şa¬mil etməkdən uzaq duranlar isə Zəngəzur haqqında “Ermənistan ərazisində dəhliz ola bilməz” kimi həyasız bir cümlə işlə¬dirlər.
Bunlarla yanaşı, Fransa və Almani¬ya başda olmaqla, Aİ üzvləri və Kanada “mülki missiya” adı altında hərbçilərini və kəşfiyyatçılarını Ermənistan tərəfdən Azərbaycan sərhədini və daxili ərazini müşahidə etmək üçün göndərir. Bu¬dur, “demokratik vasitəçilik” nümunəsi? Bunlardır, “insan haqları”, “siyasi məh¬bus” kimi təntənəli terminlərin məzmu¬nunu formalaşdıran davranışlar?
Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür.
Həm də AŞPA-dakı nümayəndə heyətimizin qərarından dərs götürməli olan yalnız Avropa Şurası deyil. Nəzərə alaq ki, ölkəmiz “köhnə qitə”nin, eləcə də dünyanın digər təşkilatlarında da təmsil olunur, yaxud həmin təşkilatlarla əməkdaşlıq ələqalərinə malikdir. Yəni, onlar da hazırkı durumun ciddiliyinə həssas yanaşmalıdırlar.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Azərbaycan AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir.
AŞPA Nizamnaməsinə görə 46 ölkənin deputatlarından təşkil olunmuş bu qurum Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunma¬sı, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi kimi məsələlə¬ri monitorinq etməli, bu istiqamətlərdə baş verən müsbət təcrübəni yaymalı və neqativ halların aradan qaldırılma¬sı üçün çalışmalıdır. Xüsusilə təşkilata üzv dövlətlərin ərazisində baş verən münaqişələrin aradan qaldırılması üçün tərəflər arasında mövqelərin yaxınlaş¬masına və konsensus tapılmasına cəhd göstərməlidir. Məhz bu ümidlərlə 2001-ci ildə Azərbaycan AŞPA-ya daxil oldu və bu hadisə həmin dövrdə ölkəmizdə böyük ruh yüksəkliyi doğurmuşdu.
Ölkəmizdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ etməsindən, insan haqları və demokratiyanı təşviq et¬məsindən və xüsusilə beynəlxalq ədaləti dəstəklədiyini bəyan etməsindən irəli gəlirdi. Azərbaycan Avropa Şurasının və onun Parlament Assambleyasının bə¬yan etdiyi dəyərlərin tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının mü¬dafiə olunmasına və beynəlxalq ədalə¬tin bərqərar olunmasına böyük ümidlər bəsləyirdi. Üzv olduğumuz digər bey¬nəlxalq təşkilatlarla yanaşı AŞPA-dan da gözləntilərimiz Azərbaycan torpaqla¬rının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir mil¬yon azərbaycanlının hüquqlarının mü¬dafiəsi üçün bir qərar belə qəbul etmədi.
20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir. 20 il ərzində Azərbaycan nümayəndə heyətinin bü¬tün səylərinə baxmayaraq AŞPA Ermə¬nistanı qonşu dövlətin torpaqlarını iş¬ğal etmiş təcavüzkar kimi tanımadı. Bu müddət ərzində Azərbaycan nümayən¬də heyəti tərəfindən Ermənistanın işğal¬çı siyasəti ilə bağlı irəli sürülən təkliflər eşidilmədi. Ermənistanın işğalçılıq si¬yasətini pisləyən, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənis¬tanda başdan ayağa korrupsiyaya uğ¬ramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan – Sarkisyan haki¬miyyətinə qarşı heç bir ittiham irəli sü¬rülmədi. Azərbaycan nümayəndə heyə¬tinin bu məsələlərlə bağlı irəli sürdüyü müzakirə təşəbbüslərinin qarşısı isə dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylər və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı.
Fikrimcə, nümayəndə heyə¬timizin bu addımı dünyanın aparıcı təşki¬latları üçün siqnal olmalıdır, o anlamda ki, həmin təşkilatlarda birləşmiş çoxluq, sanki, dəvənin başını samanlığa salıb arxasına diqqət etməməsinə bənzər görkəmdədir. Bu çoxluğun nümayən¬dələri anlamalıdırlar ki, təmsil olunduq¬ları qurumların gəlişigözəl ifadələrdən o yana keçməyən məramları ilə mani¬pulyasiya cəhdlərini kənardan çox yax¬şı görənlər və tutarlı reaksiya verənlər var. Obrazlı desək, belələri özlərini dəvə olmaqdan qurtarmalıdırlar. Baş¬larını samanlıqdan çıxarıb ətrafı yax-şı-yaxşı müşahidə etməlidirlər.
Həm də AŞPA-dakı nümayən¬də heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından xəbər verir. Azər¬baycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelo¬nu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranış¬ları, ədalətsizlikləri və haqsızlıqları ilə böhranı daha da dərinləşdirməkdədir¬lər. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
Millətçi, təcavüzkar Ermənistanda – tarixən Qərbi Azərbaycan ərazisi sayılmış bu coğrafiyada min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir. Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir.
Tarixə yönəlik vəhşilik, vandalizm təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adıyla qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmiş, viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bütün bu qəddarlığa laqeyd qalan, biganə yanaşan AŞPA-nın bu gün haqdan, ədalətdən, insan hüquqlarının müdafiəsindən danişmağa nə qədər haqqı çatır?
Azərbaycana münasibətdə “siyasi məh¬busların sayı dəhşətli dərəcədə artır” kimi bəyanatları beynəlxalq miqyasda ciddi cəzalandırılmalı manipulyasiyadır, mənəvi cinayət əməlidir. Çünki bununla həmin “demokratlar” milyonlarla günah-sız insanın yenidən qanının axıdılması üçün terroçulara dəstək verirlər, onları yeni-yeni qətllərə motivasiya edirlər. Eyni ssenarinin izlərini Qərbin Yaxın Şərqdə terrorçulara dəstək verməsində, onları stimullaşdırmasında da görürük.
Bundan başqa, hamı bilir ki, Azər¬baycanın təhlükəsizlik orqanlarının həbs etdiyi hər bir separatçı konkret cinayət işlədib və bu, sübut olunub. Məsələn, Qarabağdakı sabiq sepa¬ratçı rejimin keçmiş lideri Arayik Aru¬tunyan Gəncəyə raket atılması əmrini verdiyini açıq şəkildə bəyan etmişdi. A.Arutunyan və silahdaşlarının cinayət¬kar olduqlarını sübuta yetirmək üçün təkcə bu fakt kifayətdir. Məlumdur ki, 44 günlük müharibə dönəmində Gəncə¬nin atəşə tutulması ilə çoxlu sayda in¬san, o cümlədən, uşaqlar həlak oldular.
Bu faktların mövcudluğu şəraitində Azərbaycanı öz xoşuna tərk edən bir erməninin burnu belə qanamayıb. Əksinə, onların jurnalistlərə dedikləri göstərir ki, ağır vəziyyətin yaranmasında erməni speratçılarını günahlandırırlar. Qaraba¬ğı tərk edən ermənilər azərbaycanlılarla heç bir problemlərinin olmadığını bildi-riblər. Halbuki, Xocalıda, Malıbəylidə, Kəlbəcərdə cəmi 30 il əvvəl baş verən vəhşiliklərin fonunda olan köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın gözü qarşısında baş verirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi.
Məlum məsələdir ki, Fransa, Al¬maniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qa¬nunların aliliyi və demokratiya prinsip¬ləri ilə uzlaşmaya da bilər və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir.
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində bö¬yük güc mərkəzlərinin dəstəyi ilə Qara¬bağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət 35 ildən son¬ra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə tə¬sir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermə¬nistan arasında münasibətlərin normal¬laşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin et¬məyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil si¬yasətini aparmağa çalışan yeganə döv¬lət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səs¬vermə hüququnun müvəqqəti məhdud¬laşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.
2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edərək əsl niyyətlərini göstərmişdi. Son dövrlərdə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlmiş “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib, halbuki Xocalıda yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetiriləndə sakitcə dayanıb bu hadisələri müşahidə edirdi.
Yalnız etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş 500 minə yaxın Azərbaycanlının və onların varislərinin hüquqlarının tanınması məsələsinə laqeyd yanaşan Avropa siyasətinin əsl mahiyyəti irqçilik, etnik-dini təəssüb-keşlik, qızışdırıcılıq və sümürgəçilikdir. Bütün bunlar Azərbaycanın öz ərazisin¬də təmin etməyə səy göstərdiyi azadlıq, istiqrar və ləyaqətli həyat məqsədləri ilə daban-dabana ziddir. AŞPA-nın yürüt-düyü siyasət Azərbaycanın öz milli ma¬raqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə toqquşur. Açıq-aşkar görünür ki,demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu “Avropa dəyərləri¬nin” arxasında məkrli niyyətlər və güc mərkəzləri hesab edilən dövlətlər tərə¬findən Afrikanın, Asiyanın və bütün zəif dövlətlərin əsrlər boyu əsarət altında saxlanmasını təmin edən neo-imperia¬lizm siyasəti dayanır.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlməsi yeganə düzgün və lə¬yaqətli qərar oldu. Dünyada 200-ə yaxın müstəqil dövlət var və onlardan yalnız 46-sı bu qurumun üzvüdür. Belə olan halda və torpaq¬larımız azad olunduqdan, bütün ərazimiz üzərində suverenliyimiz təmin edildikdən sonra Azərbaycanın problemlərinə ikili münasibət bəsləyən AŞPA-ya heç bir ehtiyacı yoxdur.
AMEA-nın müxbir üzvü, professor
Misir Mərdanov
https://www.facebook.com/story.php?story_fbid=393479363195756&id=100076010860332&mibextid=oFDknk