G.Bournoutianın “İrəvan xanliği” başlığı altında nəşr olunmuş rəyi ilə bağlı bəzi QEYDLƏR

ABŞ-İran tarixçisi, erməni əsilli professor Corc Bournoutyan (1943-2021) hər zaman öz tədqiqatlarında digər erməni tarixçilərini daha obyektiv olmağa çağırmışdır. Bununla belə o,

Yaqub Mahmudovun redaktorluğu altında nəşr olunmuş  “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” [1] (Bakı, “Çaşıoğlu”, 2010. 620 s.) kitabının  ingilis dilində xülasəsinə özünün “Iran & the Caucasus”  jurnalında  [2] (cild 16, № 1, 2012)  verdiyi, “İrevan xanliği” başlığı altında nəşr olunmuş rəyində bir sıra qeyri-obyektiv fikirlər irəli sürmüşdür. Qeyd edək ki, müəllif bu kitabın eyni ildə dərc olunmuş ingilis dilində olan nüsxəsi ilə tanış olsa idi bütün qeyri-obyektiv iradlarının cavabını tapa bilərdi.  Biz onun fikirlərinə öz qəti etirazımızı bildirir və iradlarımızı bənd-bənd açıqlayırıq:  

  1. Bournoutian yazır: Kitab ermənilərin İrəvana yalnız 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra gəldiyini iddia edir. Düzdür, ermənilər xanlıqda müsəlman əhalinin yarıdan azını təşkil edir, amma nə Şopen, nə də mən müsəlmanları azərbaycanlı kimi müəyyən etmirik. Müsəlmanlar ...iranlılar, kürdlər, yezidilər və müxtəlif türk tayfalarından ibarət idilər.

Cavab: Er­mə­ni­lə­rin Azər­bay­can tor­paq­la­rın­da gö­rün­mə­si er­mə­ni ka­to­li­kos­lu­ğu­nun Ki­li­ki­ya­dan Azər­bay­ca­nın Qa­ra­qo­yun­lu döv­lə­ti­nin əra­zi­si­nə köç­mə­sin­dən son­ra baş­la­mış­dır. 1441-ci il­də Qa­ra­qo­yun­lu hökmda­rı Ca­han­şah er­mə­ni ka­to­li­kos­luğunun mər­kə­zi­nin Ki­li­ki­ya şə­hə­ri Sis­dən İrə­van ya­xın­lı­ğın­da­kı Üç­kil­sə (Üç­mü­əz­zin) mo­nastırı­na köç­mə­si­nə ica­zə ver­miş­dir. Erməni kilsəsi bu vaxtdan etibarən Azərbaycan torpaqlarını müxtəlif yollarla ələ keçirməyə başlamışdır. Bu faktı erməni mənbəyi hesab olunan “Cambr” da təsdiq edir  [[3],p.100-129, Ջամբռ, էջ: 100-129]. Bournoutyan ermənilərin xanlıqda müsəlman əhalinin yarıdan azını təşkil etdiyini etiraf etməsinə baxmayaraq müsəlmanları azərbaycanlı hesab etmir, onları əsasən iranlılar, kürdlər, yezidilər adlandırır. Ermənilərin kütləvi surətdə köçürülməsinə baxmayaraq, çar hökuməti də İrəvan xanlığının ərazisində demoqrafik vəziyyətin tezliklə dəyişməsinə nail ola bilmədi. General Paskeviç 1828-ci ilin aprelində yazdığı raportunda İrəvan əhalisinin dörddə üçünü müsəlmanlar [[4] АКАК, т.VII, с.488-491], yəni Azərbaycan türkləri təşkil etdiyini yazırdı (toponimlərin adına, yer adlarına nəzər salmaq kifayətdir). Ermənilərin Cənubi Qafqaza köçürülməsini tədqiq edən və bu torpaqlara yeridilmiş ermənilərin sayını müəyyənləşdirən məşhur rus alimi N.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən köçürülmüşdür” [[5] Шавров Н.Н. Новая угроза русскому делу и Кавказье: предстояшая распродажа Мугани инородцам. (Переизд.). Баку, «Элм», 1990.  с.63].

The famous Russian researcher N.Shavrov, after investigating the process of the relocation of Armenians to the South Caucasus and the number of relocated Armenians, wrote in 1911: “At the present time in the South Caucasus, more than one million of the 1.3 million Armenians are not original inhabitants of this region. We (Russians-editor) have relocated them there.”

  1. Bournoutian: Redaktor təkcə mənim üç xəritəmdən istifadə etməklə kifayətlənməyib, həm də İrəvanın azərilərə məxsus olduğunu sübut kimi dəfələrlə mənim əsərimə və Şopenin (əsas mənbəm) məlumatlarına istinad edib.

 Cavab: Kitabda C.Bournoutyanın kitabından üç xəritə təqdim edilmişdir. Bournoutian onun əsərindən və oradakı üç xəritədən istifadə edildiyini qeyd etsə də, bunun səbəbini açıqlamır. “İrəvan xanlığının inzibati xəritəsi. 1820-ci il” (Administrative Divisions of the Khanate of Erevan. (1820) [[6] G.Bournoutian. The Khanate of Erevan under Qajar Rule, 1795-1828 (New York, 1992);:.p.34; [1] İrəvan xanlığı, s.176-177] və “İrəvan xanlığında yaylaq-qışlaq maldarlığı ilə məşğul olan əhalinin tərkibi, yerləşməsi və yerdəyişməsi” (Composition, Location, and Migration Pattern of the Khanate’s Nomads) adlanan xəritələrdə [[6] G.Bournoutian, p.56; [1] İrəvan xanlığı, s.280-281] bütün toponimlər və tayfaların adları farsca, kürdcə və ermənicə deyil (!), yalnız Azərbaycan türkcəsində təqdim edilmişdir. Bunu görmək üçün Cənubi Qafqazın 1903-cü il xəritəsi («Южный Кавказ. 1903 год. (составлена Кавказским Военным Округом) Тифлис 1903) və Bournoutyanın öz kitabında təqdim etdiyi xəritələrə baxmaq kifayətdir.  Məgər bu faktın özü orada yaşayan əhalinin azərbaycanlılar olduğunu sübut etmir mi? İrəvan xanlığında yaşayan əhalinin azərbaycanlılar olmadığını iddia edən müəllif isə bütün bunlara göz yumur. “İrəvan qalasının planı” (Erevan and its Fortress) adlanan xəritə-sxemdə isə müəllif İrəvan qalasında erməni kilsəsinin olduğunu iddia edir [[6] C.Bournoutian, p.41; [1] İrəvan xanlığı, s.164-165]. İrəvan xanlığının işğalı ərəfəsində (25.09-01.10 1827) general Paskeviçin əmri ilə Rusiya hərbçiləri tərəfindən İrəvan qalasının plan-xəritəsi tərtib edilmişdir. Burada İrəvan qalasında heç bir kilsə qeyd edilməmişdir [[7] РГВИА, д.4358]. İrəvan xanlığı işğal olunduqdan sonra Rusiya imperatoru I Nikolayın 13 noyabr 1827-ci il tarixli fərmanı ilə İrəvanın baş məscidi pravoslav yunan-rus kilsəsinə çevrildi [[4] АКАК, т. VII, с.481]. İ.Şopen də İrəvan qalasının daxilindəki kilsənin pravoslav kilsəsi olduğunu yazır [[8] Шопен-1852, с.686]. C.Bournoutyan isə pravoslav kilsəsinə çevrilmiş Azərbaycan türklərinə məxsus məscidi “erməni kilsəsi” kimi təqdim etməkdən çəkinməmişdir. Müəllif bununla İrəvan şəhərində və ya İrəvan qalasında ermənilərin yaşadıgını iddia etmək istəyir.

Xanlıqlar dövründə İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığını Yervand Şah­əziz İrəvan şəhərinin tarixindən bəhs edən əsərində [[9] Շահազիզ, էջ: 34] açıq şəkildə göstərmişdir. Sovet dövrünün erməni tarixçilərindən olan Vladimir Qriqoryan isə İrəvan xanlığının tarixinə həsr olunmuş əsərində [bax: [10] Գրիգորյան, 72-87] bir nəfər də olsun erməni etnosunun adını çəkmir və bütün idarəertmənin Azərbaycan Qacarlarına məxsus olduğunu təsdiq edir. Qacarlar isə bütün elm aləminə məlum olduğu kimi qədim türk tayfasıdır.

  1. Bournoutian: 20-ci əsrdən əvvəl Azəri Azərbaycanı kimi tanınan coğrafi varlıq ümumiyyətlə İranın Azərbaycan vilayətinə aiddir.

Cavab:  Ru­si­ya döv­lət hər­­bi-ta­ri­x ar­xi­vi­ndə saxlanan, Şa­ma­xı­dan Gən­cə­yə hü­cu­mu təs­vir edən 1796-cı il 31 oktyabr ta­rix­li sə­nə­d­də Araz ça­yın­dan şi­mal­da­kı Azər­bay­can tor­paq­la­rı ba­rə­də mə­lu­mat­da "öl­kə", "döv­lət" mə­na­sın­da "Ader­bi­janski­ye vla­de­te­li", "Ader­bi­janski­ye voyska", "Ader­bi­janski­ye xa­nı" söz­lə­ri iş­lə­di­lir [[11] РГВИА, ф.41, оп.1/199, д.384, л.20, л.21, л.25 и т.д.]. Bu isə Bournoutianın fikirləri ilə ziddiyyət təşkil edir.

  1. Bournoutian: Ermənilər 1604-cü ildə Şah Abbas tərəfindən tarixi Şərqi Ermənistandan İrana sürgün edildi və 1828-ci ildə onlar geri qayıtdı:

Cavab: Müəllif 1828-ci ildə İrəvan xanlığına köçürülənləri vaxtilə Şah Abbas tərəfindən Şərqi Ermənistandan İrana sürgün edilən ermənilərin geri dönüşü kimi qiymətləndirir. Səfəvi dövləti Azərbaycan torpaqlarının Osmanlı işğalından azad olunması üçün aparılan müharibələr zamanı I Şah Abbasın Osmanlı ilə sərhəddə yaşayan əhalini, o cümlədən xristianları, onların təhlükə­sizliyinin təmin edilməsi məqsədilə mərhələli şəkildə İsfahan, Mazandaran və s. bölgələrə köçürmüşdür. Bu faktı təqdim edən Arakel Təbrizli yazır ki, ermənilər İsfahana köçürülən zaman ətraf kəndlərin çox sayda müsəlman əhalisi öz yaşayış məskənlərindən zorla çıxarıldı, onların evləri və tarlaları əlindən alınıb er­mənilərə verildi [[12] Даврижеци, с.79]. Bundan əlavə, dövrün mənbəyi köçürülən ermənilər üçün İsfahan yaxınlığında salınmış Culfa şəhərini “İranın ən varlı şəhəri” adlandırır [[12] Даврижеци, с.74]. Mənbənin məlumatından aydın olur ki, I Şah Abbas Osmanlı dövləti ilə sərhəddə yerləşən əhalini Cənubi Azərbaycana deyil, İranın içərilərinə - İsfahan,  Mazandaran və s. köçürmüşdür. Əgər ermənilər öz vətənlərinə geri qayıdırdısa onda nəyə görə köçürmənin həyata keçirilməsinə başçılıq edən rus ordusu­nun pol­kovniki, mənşəcə erməni Qazaros Lazaryan (Lazarev) İran­dan Şimali Azərbaycana köçürülən ermənilərə müra­ciət edə­rək deyirdi: “... orada (yəni Şimali Azərbaycanda – red.) siz xris­tian­ların yaşadığı Yeni Vətən tapacaqsınız... Xristianlar birləşdiklərini görəcəklər və siz bilirsinizmi Rusi­ya­nın Böyük Monarxı sizin sədaqətinizi necə mükafatlandıracaq? Tələsin! Vaxt qiymətlidir. ... Az sayda qurban verməklə qısa vaxtda hər şeyi və həmişəlik alacaq­sınız” [[13] Глинка, с.107-111].

Colonel Gazaros Lazaryev (Lazaryan), from an Armenian background, who led this policy addressed the Armenians relocating from the territories of Iran to Northern Azerbaijani lands :”... There ( that is, in North Azerbaijan-editor) you will have a new native land inhabited by Christians... You will see that the Christians (that is, Armenians-editor) who were scattered over the different regions of Iran will live there as a community. Hurry up! Time is golden. The Russian army is leaving Iran soon, after that your relocation will be more difficult and we will not be responsible for your safe relocation. Even if you undergo considerable loss, you will soon gain everything, and forever.”

  1. Bournoutianın Şərqi Ermənistan iddiasına gəlincə:

Cavab: Er­mə­ni ta­rix­çi­lə­ri­nin “Şər­qi Er­mə­nis­tan” ad­lan­dır­dıq­la­rı əra­zi ta­ri­xin müx­tə­lif dövrlə­rin­də Azər­bay­can döv­lət­lə­ri­nin – El­də­niz­lər, Qa­ra­qo­yun­lu, Ağ­qo­yun­lu, Sə­fə­vi­lər, Na­dir şah Əf­şa­r imperiyalarının ay­rıl­maz his­­sə­si ol­muş­dur. Çu­xur­səd vi­la­yə­ti (İrə­van) və Qa­ra­bağ bəy­lər­bəy­li­yini uzun müd­dət Azər­bay­ca­nın məş­hur nə­sil­lə­ri­nin nü­ma­yən­də­lə­ri Us­tac­lı və Qa­car­lar ida­rə et­miş­lər. Na­dir şa­hın im­pe­ri­ya­sı­nın sü­qu­tun­dan son­ra Ru­si­ya iş­ğa­lı­na­dək olan dövrdə, yə­ni 1747-1828-ci illər­də bu ta­ri­xi Azər­bay­can tor­paq­la­rın­da dörd xan­lıq – İrə­van, Nax­çı­van, Gən­cə və Qa­ra­bağ xan­lıq­la­rı – möv­cud ol­muş­dur. Bu müs­tə­qil fe­o­dal döv­lət­lə­rin döv­lət at­ri­but­la­rı – bay­raq­lar, gerblər, sik­kə­xa­na­lar və xan ha­ki­miy­yə­ti­nin di­gər rəmzlə­ri – on­la­rın mil­li və ta­ri­xi ba­xım­dan Azər­bay­ca­na məx­sus­lu­ğu­nu tək­­­zi­be­dil­məz su­rət­də sü­but edir. Əgər xan­lıq­lar­dan bi­ri­nin ida­rə­çi­lik sis­te­mi, ya­xud döv­lət at­ri­bu­tu­na aid bir fakt be­lə er­mə­ni­lər­lə bağ­lı ol­say­dı, bu, o döv­rün sə­nəd­lə­rin­də öz ək­si­ni ta­par­dı və “Azər­bay­can xan­lıq­la­rı” an­la­yı­şı ye­ri­nə “Şər­qi Er­mə­nis­tan” ifadəsindən is­ti­fa­də olu­nar­dı.

Rus çarı I Nikolayın fərmanını heçə sayan erməni müəllifləri kimi C.Bournoutyan da real tarixi faktları saxtalaşdıraraq İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya “Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edir.

1828-ci il Rusiya və Qacarlar dövləti arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasına qatıldı. Bu tarixi fakt müqavilənin III maddəsində öz əksini tapmışdır   [[14] ПСЗРИ, с.125-126]. Müqavilənin heç bir yerində “Ermənistan” və yaxud “Şərqi Ermənistan” ifadəsi yoxdur və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda bu adda ərazi və dövlət yox idi, sadəcə olaraq bu torpaqlarda az sayda erməni əhali yaşayırdı.

  1. Bournoutian:Yunan, Roma, Fars və Ərəb mənbələrində bir sıra erməni krallıqları və ya ermənilərin məskunlaşdığı ərazilər, o cümlədən İrəvan, Naxçıvan və Qarabağın bir hissəsi, eləcə də Türkiyənin şərqindəki ərazilər XI əsrdə türk boylarının gəlişinə qədər erməni torpaqları olmuşdu:

Cavab: XIX əsrin birinci qərinəsində Rusiya imperiyasının tapşırığı ilə yenicə ya­radıl­mış Erməni vilayətinin kameral təsvirini həyata keçirən İvan Şopen hər zaman er­mə­ni­lərin öz adlarıyla təqdim olunmasına şübhə ilə yanaşmışdır. O, əsərində ermənilərin uydurduğu qədim tarixdən bəhs edərkən “ermənilər Armeniyanın (Erməni vilayətini – red) yerli əhalisi deyil, buraya Assuriyadan gəlmişlər” fikrini yazmışdı [[8] Шопен-1852, с.229]. Müəllif son­rakı tədqiqatında da bu fikri davam etdirərək yazır: “Beləliklə, ermənilər o ermənilər deyil. Həqiqi köklü ermənilər Kiçik Ermənistanda Qara də­nizlə Fərat və Araz çaylarının mənbəyi arasında məskunlaşmışdı. Bizim Arme­niya adlandırdığımız cə­nub vilayətində məskunlaşan əhali mənşə etibarilə ta­mamilə digər xalqdır” [[15] Шопен-1866, с.26]. Beləliklə, ermənilərin nəinki indiki Ermənistan ərazisinə, bütünlükdə “Böyük Er­mənistan” adlandırdıqları əraziyə kənardan gəlmə olması fikri artıq sübuta ehtiyacı olmayan tarixi həqiqətdir.

 

REFERENCES

1. Y.Mahmudov et. al. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, “Çaşıoğlu”, 2010. 620 s

2. G. Bournoutian. İrevan xanliği. Iran & the Caucasus. cild 16, № 1, 2012

3. Սիմէօն Երեիանցի: Ջամբռ: Գիրք, որ կոչի յիշակարան արձանացռւցիչ, հայելի եւ պարռւնակող բնավից որպիսռւթեանց Սրբոյ Աթոռոյս, եւ իւրոյ շրջակայից վանօրէիցն: Վաղարշապատ: ՌՀԻԳ: (Симеон Ереванци. Джамбр. Памятная книга, зеркало и сборник всех обстоятельств Святого престола Эчмиадзина и окрестных монастырей. Вагаршапат, 1873).

4. Акты, собранные Кавказской Археографической Комиссией (АКАК)  т.VII.

5. Шавров Н.Н. Новая угроза русскому делу и Кавказье: предстояшая распродажа Мугани инородцам. (Переизд.). Баку, «Элм», 1990.

6. G.Bournoutian, The 1823 Russian survey of the Karabagh province. Costa Mesa, CA, California : Mazda Publishers, 2011. 456 pages

7. Российский Государственный Военно-Исторический Архив (РГВИА), фонд №846 (ВУА), опис16, дело 4358.

8. Шопен И.И. Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи. Санкт-Петер¬бург,1852.

9. Յերվանդ Շահազիզ: Հին Յերեվանը: Յերեվան, «Հիատարակոիթյոին մէլքոնյան  ֆոնդի» 1931 [Yervand Şahaziz. Qədim İrəvan. Yerevan: “Melkunyan fondu nəşriyyatı”, 1931].

10. Գրիգորյան Վ.Ռ. Երեվանի խանությունը 18-րդ դարի վերջում: Երեվան, “ՀՍՍՌ ԳԱ հրատ”, 1958 [Qriqoryan V.R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780-1800), Yerevan: “Erm.SSR Elmlər Akademıyası nəşriyyatı” 1958].

11. Российский Государственный Военно-Исторический Архив (РГВИА), ф.41, оп.1/199, д.384, л.20, л.21, л.25 и т.д.

12. Даврижеци А. Книга Историй. (Перевод с армянского, предисловие и  А.А.Ханларян). Москва “Наука”, 1973.

13. Глинка С. Описание переселения армян адербиджанских в пределы России. Баку (пер.издание), 1990.

14. Полное собрание законов Российской империи (ПСЗРИ.) Собр. второе, т. III. 1828 г. // Под редакцией М.М.Сперанского.  Санкт-Петербург, 1830.

15. Шопен И.И. Новая заметки на древняя истории Кавказа и его обитателей. Санкт-Петербург, 1866.

https://brill.com/view/journals/ic/16/1/article-p137_10.xml