İrəvan Dövlət Azərbaycan Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında

İrəvan Dövlət Azərbaycan Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aşağıdakı əməkdaşlarına Azərbaycan

Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının xalq artisti”

Abdullayeva Tamella İslam qızı

İsmayılova Elmira Məhərrəm qızı

Nəcəfov Süleyman Paşa oğlu

“Azərbaycan Respublikasının əməkdar artisti”

Əliyeva Dilarə Hasil qızı

Əliyeva Tünzalə Məcid qızı

Kərimov Vaqif Məhəmməd oğlu

“Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”

Piriyev İvtixar Fəhrat oğlu

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2007-ci il.

№ 2437