Qərbi Azərbaycan İcması
Abbas Məmmədzadə - (Təxminən 1864 – 1919, Təbriz) - Mirzə Abbas Məmmədzadə nəsil-nəcabətliklə İrəvanlıdır. Tacir ailəsində anadan olan Abbas Məmmədzadə İsfahanda fars dilini öyrənmiş, İrəvanda mədrəsədə təhsil almışdır. 1881-ci ildə İrəvanda açılan müəllimlər seminariyasında ərəb və fars dillərindən dərs demişdir. Fars dilini mükəmməl bildiyi üçün onu Fars Abbas deyə çağırırlarmış. 1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində “Güldəstə” adlı dərsliyi fars dilində çapdan çıxmışdır. 1913-cü ildə onun eyni zamanda Bakıda, Tiflisdə və İrəvanda fars dilində “Bədrdğatül-Əftal” (“Balalara hədiyyə”), “Caмоучителъ фарсидкого языка для русских” dərslikləri nəşr edilmişdir. 1918-ci ildə İrəvanda törədilən qırğınlar zamanı Təbrizə pənah gətirmiş və bir il sonra orada vəfat etmişdir.
“Razi” təxəllüsü ilə ədəbi-bədii cəhətdən dolğun məzmunlu şeirlər yazması onu daha məşhur etmişdir.