Qərbi Azərbaycan İcması
Axtala qalası — Allahverdi rayonu (1969-cu il sentyabrın 19-dan Tumanyan rayonu) ərazisində, Axtala dəmiryol stansiyasından təxminən 2,5–3 kilometr məsafədə yerləşən qədim türk qalası və məbəd kompleksidir.
X əsrdə türksoylu Baqratilər sülaləsinin mühüm məntəqələrindən biri olan Axtala qalası sonrakı əsrlərdə də öz strateji və tarixi əhəmiyyətini qoruyub saxlayıb.
Qədim dövrlərdən Türk-Oğuz boylarının ana yurdu olan Axtala kəndində XX əsrə qədər yalnız Azərbaycan türkləri yaşayıb. XX əsrin əvvəllərində kəndə dörd yunan ailəsi köçərək burada məskunlaşıb. İlk erməni ailələri isə Axtalaya 1922-ci ildən sonra köçüb.
Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. Bakı – 2007