Qərbi Azərbaycan İcması
Balıqlı kənd məscidi - XVIII-XIX yüzilliklərdə inşa edilmişdir. Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonundakı Balıqlı kəndində yerləşir. Balıqlı kəndi 19.04.1991-ci ildən Zorakert adlandırılıb. Məscid Toponim qədim türk dilində “sığınacaq, şəhər, qala” mənası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Quruluşca düzəltmə toponimdi. Məscidin üst dam hissəsi tamamilə, qabaq sol hissəsinin bir tərəfi uçuq vəziyyətdə görünür. Məscid islam abidəsi olduğu üçün ermənilər tərəfindən təmir edilməyib, dağılmaq üzrə tərk edilib. Amasiya rayonunun Balıqlı kəndinin məscidi digər məscidlərdən fərqli arxitekturaya malikdir. Məscidin divarlarının tikintisində dördküc kəsilmiş ağ, boz, göy və qırmızı daşlardan istifadə edilib. Uzunluğu 8 metr, eni 4 metrdir (təxmini). Bu da məscidin içəridən və bayırdan görünüşünə ayrı bir gözəllik qatır. Ev memarlığı üslubunda və müasir qaydada tikilib. Arxa sağ və sol tərəfdə yuxarı hissədə oval iki pəncərəsi vardır. Qabaq tərəfdə isə bir pəncərə və geniş giriş qapısı qoyulub. İçəri və bayırdakı pəncərənin altında tünd sarı mərmər daşlar qoyulub.