Dədəli körpüsü - Dərələyəz mahalının Əyər (10.09.1946-cı ildən - Aqarakadzor) kəndində, kənddən təxminən 1,5 km şərqdə, Агра çayının üzərində birtağlı daş körpüdür.  

XIII yüzillikdə tikilib, XVIII yüzillikdə təzədən bərpa olunmuş körpünün hər iki tərəfi eyni ölçülü hamar daşlarla hörülüb.  Körpünün tikildiyi yerdə çayin sağ sahilindən sol sahilinə qədər olan məsafə 15,85 m, körpünün eni 4 m, suyun səthindən körpünün mərkəz xəttinə qədər olan məsafə 12 m, körpünün ümumi uzunluğu isə 30 m-dir. Əyər kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olub, buraya ilk ermənilər (36 ailədə 186 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüblər.

Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. Bakı – 2007