Qərbi Azərbaycan İcması
İrəvan Müəllimlər Seminaryasının binası - İrəvan Müəllimlər Seminaryası 1881-ci ildə yaradılmışdır. Müəllimlər Seminaryası Daşlı küçədə yerləşən indiki Xalq Təsərrüfatı İnstitunun binasında yerləşmişdir. Axund Məmməd Bəşir Qazızadə İrəvan Müəllimlər Seminaryasında həm müsəlman bölməsinin müdiri, həm də Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir. Seminaryada rus dili, riyaziyyat, tarix, həndəsə, coğrafiya, musiqi və digər fənlər tədris olunurdu. İrəvan müəllimlər seminaryasının ilk buraxılışı 1883-cü ildə olmuşdur. Seminaryada müxtəlif millətlərin nümayəndələri təhsil alırdılar. 1883-1895-ci illərdə İrəvan Müəllimlər Seminariyasını 123 tələbə bitirmişdir ki, onlardan 25-i azərbaycanlı, 10-u gürcü, 8-i rus və digər xalqların nümayəndələri idi.