Qərbi Azərbaycan İcması
Fransız rəssamı Fredrik Dübua de Monperinin 1833-cü ildə çəkdiyi rəsm - 1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dübua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” 6 cildlik əsərində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl sənət əsəri olduqlarını əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində yer almışdır. Qravüraçı Erkül Nikole Dübua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır.