Qərbi Azərbaycan İcması
Kasax çayı üzərində körpü - Əştərək rayonu ərazisində, Kasax çayı üstündə üçtağlı daş körpüdür. Körpünün böyük və orta tağları arasında üçkünc formada dalğayaran tikili inşa edilmişdir. Uzunluğu 17 m, eni 5 m olan bu körpü XVII yüzilin yadigarıdır. Körpünün yanındakı digər körpü qalıqları burada qədimdən (bəzi ehtimallara görə XII yüzildən) başqa bir körpünün olduğunu söyləməyə əsas verir.
İstər Əştərək, istərsə də Kasax adlarından göründüyü kimi, bu ərazilər qədimdən Türk-Oğuz boylarının anayurdu olmuşdur. Bu yerlərə ermənilərin kütləvi axını XIX yüzilin əvvəllərində başlanmışdır.