Xalça “Ləmbəli”- Şövkət Vəli qızı Rəhimova

Gəncə-Qazax tipi, Qazax qrupu 1948-ci il, Arğac, xov-yun, əriş - pambıq, 211 x 127 sm. Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) tarixi Loru mahalı, Barana rayonu, Yuxan Körpülü kəndində Şövkət Vəli qızı Rəhimova tərəfindən toxunub.

Təqdim olunan xalça "Borçalı" xalçalarının IV variantına aiddir. Bu varianta aid xalçalar "Ləmbəli" adı ilə tanınır. Belə təsvirli xalçaların ara sahəsinin mərkəzində yerləşən göllər Qazax qrupunun digər xalçalarının göllərindən ölçülərinə görə daha böyükdür. Gölün mərkəzində ən qocaman xalçaçıların fikrincə, "çanaxlı bağa" - tısbağa təsviri var. Xalçanın haşiyə qurşağında həndəsi formalı elementlərdən və gül-çiçək naxışlarından istifadə olunub. Üzərində kiril əlifbası ilə "27/XII1948 ил" [27/ XII1948 il ] yazılıb.

Mənbə: Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız, Bakı-2023