Qərbi Azərbaycan İcması
Baba Hacı məqbərəsi - Orta əsr oğuz abidələrinə aiddir və Meğri rayonunun Nüvədi kəndi yaxınlığındadır. Məqbərənin hündürlüyü 3,5 metr, çevrəsinin diametri 6 metrdir. Baba Haci məqbərəsi bayırdan dairəvi, daxildən isə 16 guşəli plandadır. Xalq arasında yayılmış rəvayətə görə, bu məqbərə Babəkə məxsusdur.