Qərbi Azərbaycan İcması
Mirəli ağa türbəsi - Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndinin (dəyişdirilmiş adları ilə: Krasnoselo rayonunun Ağberk kəndi) şərq hissəsində yerləşmiş Mirəli ağa türbəsi (Miryaqub ağa türbəsi) təkcə Göyçədə deyil, eləcə də Azərbaycanın bütün qərbində məşhur olmuşdur.
Azərbaycanlıların 1988-ci ildə Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu ziyarətgah yox edilmişdir.