Qərbi Azərbaycan İcması
Qanlıca məbədi - Düzkənd (Axuryan) rayonunun Yuxarı Qanlıca kəndi yaxınlığında Arpa çayının X-XIII yüzilliklərə aid arman-xristian məbədidir.
Məbədin divarlarındakı yazılardan onun 988-ci ildə böyük sərkərdə Bəhram tərəfindən tikilməyə başlandığı və 1029-cu ildə tamamlandığı anlaşılır. Bu yazılarda Bəhramla yanaşı, atası Vasakın, qardaşları Apelqəribin və Həmzənin də adları çəkilmişdir. Məbəd 1225-ci ildə əsaslı şəkildə təmir edilmişdir. Məbəd öz adını Qanlıca qədim tūrk etnonimindan almışdır. Ermənilər isə məbədin ilkin adının Marmaraşen olduğunu va "mərmər bina" anlamına gəldiyini iddia etsələr də (hərçənd ki, mərmər sözünün də ermənilərə heç bir aidiyyatı yoxdur), özlərinin də etirafına görə, məbəd çahrayı daşdan hörülmüşdür və orada mərmər adına heç nə yoxdur. Qanlıca kəndi qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş, bura ilk ermənilər XIX yüzilliyin əvvəllərində köçüb gəlmişlər.
Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. Bakı – 2007