Qərbi Azərbaycan İcması
Qarakilsə qayaüstü təsvirləri - Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonu ərazisində qayaüstü təsvirlər. Bu təsvirlər iki qrupa ayrılır. Birincisi e.ə. V-IV minilliklərə, ikincisi e.ə. III-II minilliklərə aiddir. Həmin təsvirlərdə bölgənin о vaxtkı heyvanat aləmi (maral, tur, at, pələng, it, canavar, ayı və s.), ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahalı kimi, Qarakilsə ərazisi də qədimdən Türk-Oğuz qəbilələrinin anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır.