Qərbi Azərbaycan İcması
Qız qalası adlı qala-qəsri və məbədi - Əştərək rayonu ərazisində, Alagöz dağının cənub ətəyində, Arxaşan çayı kənarında qala-qəsr və məbədidir. Pəhləvuni knyazlarının nəsil mülkü olan məbəd Ərməniyənin günümüzə qədər gəlib çıxmış tək-tək feodal qəsrlərindən biridir. Əslində bu qala VII yüzildən mövcud olmuş, XI yüzildə yenidən inşa edilmiş, XIII yüzildə isə qəsrdə güclü yanğın olmuşdur. Amberd məbədi isə 1026-cı ilin yadigarıdır. Qalanın adı türkcədir və "ana qala", "baş qala" anlamına gəlir. Qala-qəsrin özü kimi, ətrafında yerləşən yaşayış məntəqələri də qədimdən Türk-Oğuz boylarının anayurdu olmuşdur. Bu ərazilərə ilk ermənilər XVI-XVIII yüzilliklərdə ticarətlə və mövsümi qara işlərlə məşğul olmaq üçün gəlmişlər.