Qərbi Azərbaycan İcması
Qoşundaş abidələri - Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə (02.03.1940- cı ildən - Sisian) qəsəbəsindən 3 km aralıda e.ə. II minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqlarıdır. Şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar neolit dövrünün yadigarıdır. Daş düzümünün mərkəzində, çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Qoşundaş abidələrinin yerləşdiyi ərazilər tarix boyu Türk-Oğuz boylarının anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində, bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır.
Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zora-karer qoymuşlar.