Şəki kəndi yaxınlığında şəlalə. Şəlalə Qarakilsə rayonunun Şəki kəndi yaxınlığında, Bərgüşad çayının keçdiyi dərədə yerləşir. Onun enliyi 30 metr, hündürlüyü isə 18 metrdir. Bu Qərbi Azərbaycanın ən hündür şəlaləsi hesab olunmasa da insanların - ələlxüsusda xarici turistlərin çox maraq göstərdiyi şəlalədir. Olduqca soyuq suyu var.