Qərbi Azərbaycan İcması
Sənain körpüsü - Allahverdi (19.09.1969-cu ildən - Tumanyan) rayonunun Sənain kəndi kənarında, Tona (sovet dövründə - Debed) çayı üstündə birtağlı daş körpü. 1234-cü ildə yonulmuş daş plitələrdən hörülmüş körpünün sol qurtaracağı iri qaya, sağ qurtaracağı isə sahil üzərində dayanmışdır. Sağ tərəfdən körpünün ortasına qədər yol pillələrlə qalxır, sonra isə düz şəkildə davam edir. Körpü 1940-cı ildə yenidən qurulmuşdur. Qədimdən Türk-Oğuz boylarının anayurdu olan Sənain kəndinə ermənilərin ilk gəlişi XIX yüzilin əvvəllərinə təsadüf edir.