Qərbi Azərbaycan İcması
Sərdar məscidi - 1810-cu illərdə inşa edilmiş Sərdar məscidinə müxtəlif mənbələrdə “Xan məscidi” və “Abbas Mirzə məscidi” kimi istinad edilir.
Rus işğalından sonra məsciddən müxtəlif məqsədlər üçün istifadə edilmişdir. 1843-cü ilin avqustunda İrəvan şəhərində olmuş Avqust Haksthauzen İrəvan qalasında yerləşən Sərdar məscidinin kazarmaya çevrildiyini təsdiqləmişdir.
1864-cü ildə rus qoşunlarının İrəvan qalasından hərbi məqsədlərlə istifadəsinə son qoyulmasından sonra qala daxilindəki tarixi abidələr, eləcə də Sərdar məscidi dağılmağa məruz qalmışdır. 1900-cü illərin əvvəllərində məsciddə Osmanlıdan köçmüş ermənilər məskunlaşdırılmış, sovet dövründə isə məscid hissə-hissə dağıdılmışdır. Onun yerində yaşayış evləri tikilmiş, 2014-cü ilin noyabr ayında məscid tamamilə yox edilmişdir.