Qərbi Azərbaycan İcması
Sərdar sarayının qəbul köşkü – İrəvanda Sərdar sarayının həyətinə baxan tərəfə açılan, divar əvəzinə gözəl şəbəkə ilə bağlanmış, bütövlükdə və ya qismən çıxarıla və yenidən quraşdırıla bilən köşkdür. Köşk XVIII əsrə aiddir. Həmin şəbəkə götürüldükdə qəbul zalı böyük və açıq qalereyaya çevrilir. Zalın arxa divarında onun üçdə ikisini tutan rəngli şüşələrlə bəzədilmiş böyük pəncərə vardır. Pəncərənin hər iki tərəfində çox da böyük olmayan otaqlar vardır. Zalın ortasında çox kiçik fontanlı hovuz var idi. Divarlar və tavan güzgülər va tablolarla bəzədilmişdi. İslam dininin qaydalarının ziddinə olaraq, rəsmlər şahın (yəni Fətəli Şahin -N.M.), onun oğlu Abbas Mirzənin, sonuncu sərdarın (yəni Hüseynqulu xanın - N.M.), onun hələ də sağ olan qardaşının (yəni Həsən xanın - N.M.), digər qismi İranın Rüstəm, İsfəndiyar va s. qəhrəmanlıq dövrünün hadisələrini özünda əks etdirirdi. Bundan başqa, divardan yaşlı bir kişinin ona bir qədəh şərab verən gənc qıza göstərdiyi iltifat səhnəsini təsvir edən şəkil asılmışdır. Firdovsinin “Şahnamə” əsərinin əlyazmalarında gördüyümüz həmin koloritli rəsmlərin əsasında çəkilən divar rəsmlərində Avropa rəssamlığının təsiri duyulur.