Qərbi Azərbaycan İcması
Sınıq karvansara - Sınıq karvansara Zəngəzur mahalının Gorus rayonunun Yaycı (03.07.1968-ci ildən - Qarjis) kəndi yaxınlığında, qədim Urud yolunun üstündə türk-müsəlman abidəsidir. Bölgədəki bir sıra digər eynitipli karvansaralar (Dərələyəz mahalındakı Səlim və Ağkənd karvansaraları) kimi, Sınıq Karvansara da Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən qədim İpək Yolunun üstündə tikilmişdir. Elə buna görə də o, bəzən Əbu Səid Karvansarası da adlanmışdır. "Г" şəkilli karvansaranın giriş qapısının üstündəki iri dağın üzərində ərəb əlifbası ilə fars dilində yazılar və 698-ci hicri tarixi yazılmışdır ki, bu da abidənin 1319-cu il miladi tarixdə tikildiyini təsdiq edir. Karvansaranın "Sınıq" adlanması isə tədqiqatçılar tərəfindən onun "Г" şəklində olması ilə izah olunur. Xatırladırıq ki, "Sınıq" sözü türkcədir, "sınmış" anlamındadır. Karvansaranın divarı çaylaq dağından, əhəng və qum qarışıqlı məhlulla hörülmüşdür. Tağlar və sütunlar isə yonulmuş bazalt dağdan tikilmişdir. Karvansaranın ətrafında çox qədim qəbiristanlıq qalıqları mövcuddur. Karvansaranın yerləşdiyi ərazi, bütövlükdə Zəngəzur mahalı qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilliyin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanmışdır.