Qərbi Azərbaycan İcması
Sivəng qalası və məbədi - Göyçə gölündəki adada qədim türk qalası və məbədidir. Hələ e. ə. 782-ci ildə Urartu çarı I Argiştinin Cənubi Qafqaza yürüşü ilə bağlı mənbələrdə Sivəng qalasından və məbədindən bəhs olunur. IV yüzillikdə Maarifçi Qriqori qədim bütpərəstlik məbədi yerində yenisini tikdirmiş, sonra о dağılmış və 874-cü ildə onun yerində Siyuni hakimi Vasakın arvadı Qabur tərəfindən təzə məbəd ucaldılmışdır. Məbəd 1664-cü ildə Xoca Sultan və Zal adlı şəxslər tərəfindən bərpa edilmişdir. Məbəd sonuncu dəfə 1740-cı ildə "bərpa edilmiş" və bir qədər sonra katolikosun bura gəlişi ilə bağlı "hər cür səliqəsizliyin izlərini" silmək adı ilə məbəddəki vaxtilə Mesrop Maştosun işlədiyi və əlyazmalarının qorunduğu nəhəng kitabxana məhv edilmiş, nadir kitab və əlyazmalar gölə tökülmüşdür. Məbədin erməniləşdirilməsi də həmin dövrə təsadüf edir.