Qərbi Azərbaycan İcması
Teyşebaini qalası – E.ə. VIII yüzilliyin ortasında Urartu çarları tərəfindən Zəngi çayının kənarında, İrəvan şəhəri yaxınlığındakı Qırmızıtəpə təpəsində müharibə allahı Teyşebainin şərəfinə salınmış qədim türk şəhər-qalasıdır.
Urartu canişinin iqamətgahı yerləşən bu böyük şəhər möhkəm qala divarları ilə əhatələnmiş Narınqala adlı iç qaladan və iç qalanın cənubunda və qərbində yerləşən şəhər hissəsindən ibarət olmuşdur. Narınqalanın çox hissəsinin 150 otaqdan ibarət saray kompleksi təşkil etmişdir.
Qala divarının ümumi uzunluğu 700 m olmuş, qalanın sahəsi təxminən 30-40 ha, qala içindəki saray isə 1,5 ha ərazini əhatə etmişdir.
Teyşebaini şəhəri və Narınqala təxminən 585-ci ildə Qəmər və Sak türkləri arasında toqquşmalar zamanı dağıdılmışdır.
E.ə. VIII-VI yüzilliklərdə İrəvan çuxurunda Qarqar, Qamər, Sak, Gögər və s. Türk tayfaları yaşamış, İrəvan şəhəri 1827-ci ildə Rusiya tərəfindən işğal edilənədək qədim türk şəhəri, İrəvan xanlığının mərkəzi olmuşdur.
Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. Bakı – 2007