XIII əsr Şəmşəddin rayonu ərazisində Tovuzqala qalası - Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın Şəmşəddin rayonunda) kənd adıdır. Tovuzqala qalası  Albaniyanın erkən orta əsrlərdə qalalarından biridir. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır. Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mənasındadır. 1946-cı ildə kənd ermənicə Berd adlandırılmışdır.