Zəngi çayı - İrəvan quberniyasında çay adıdır. Bu çay başlanğıcını Göyçə gölündən götürür. Axta, Gümüş rayonlarından, İrəvan şəhərindən, Zəngibasar  rayonunun ərazisindən axıb Araz çayına tökülür. Çayın adı qıpçaqların zəngi tayfasının adı (238, s. 123, 257; 256, s. 26) əsasında əmələ gəlmişdir, etnohidronimdir. Ermənilər tərəfindən çayın adı dəyişdirilib Razdan çayı oyulmuşdur. Bu çayın yatağı qədim zəngi tayfalarının sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi üçün çayın adı məhz bu cür adlanıb. İlin yaz və payız aylarında vaxtaşırı daşan Zəngi çayı yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də, bu yerlər - Zəngi çayının daşqın sularının basdığı ərazi “Zəngibasar” adlandırılıb.