Qərbi Azərbaycan İcması
Alen Simonyan öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar vermişdir
25 oktyabr 2023, 16:13
Ermənistan parlamentinin sədri Alen Simonyan öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar vermişdir.
Tutduğu vəzifənin məsuliyyətini, dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də darmadağın etmişdir. A.Simonyan kimilərinin ikinci Qarabağ müharibəsi zamanı və ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.
Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər.