Qərbi Azərbaycan İcması
Almaniya Bundestaqının üzvü Frank Şvabe ilə əlaqədar bəyanat
08 fevral 2024, 11:43
Almaniya Bundestaqının üzvü Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar. F.Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran bütün qüvvələri məğlub edib və həmin dairələr indi Azərbaycandan məhz buna görə qisas almaq istəyirlər.
Lakin tarix göstərir ki, F.Şvabe kimi əli qələmli səlibçilər Azərbaycanın iradəsinə zərrə qədər təsir göstərə bilməz.