Qərbi Azərbaycan İcması
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir
01 dekabr 2023, 14:09
Avropa İttifaqı nümayəndə heyətinin ATƏT-nin Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabartmışdır.
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.
Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir.