Qərbi Azərbaycan İcması
Avropa Şurası Parlament Assambleyası ilə əlaqədar bəyanat
25 yanvar 2024, 09:05
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı. Biz buna AŞPA-nın Ermənistan üzrə həm-məruzəçilərinə qayıdış hüququmuz ilə məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq.
Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir.Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir.