Qərbi Azərbaycan İcması
“Azərbaycanım” Beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli və Moldovanın keçmiş ombudsmanı Aureliya xanım Qriqoriu Qərbi Azərbaycan İcmasını ziyarət ediblər
03 sentyabr 2024, 16:00
“Azərbaycanım” Beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli və Moldovanın keçmiş ombudsmanı Aureliya xanım Qriqoriu Qərbi Azərbaycan İcmasını ziyarət ediblər. İcmanın İdarə Heyətinin Sədri Əziz Ələkbərli ilə görüşən qonaqlar ona jurnalın redaksiyasının Fəxri üzvü sertifikatını və yeni çapdan çıxmış “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabını təqdim ediblər. Qonaqlara təşəkkür edən Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı atılan hər addım, görülən hər iş böyük önəm kəsb edir. Görüş zamanı həmçinin Moldovalı qonaqla Qərbi Azərbaycanla bağlı gələcəkdə görə bilinəcək işlərdən bəhs edilib.