Basarkeçər rayon icması ali məktəblərə daxil olan gənclərlə görüş keçirib
07 oktyabr 2024, 11:35

Qərbi Azərbaycanın Basarkeçər rayon İcmasının sədri Nuru Bayramovun rəhbərliyi ilə Basarkeçər rayon İcmasının növbəti toplantısı keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, QAİ Ağsaqqallar Şurasının sədri, akademik, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Milli Məclisin deputatları, bu il ali məktəblərə qəbul olmuş, əslən Basarkeçərdən olan gənclər və onların valideyinləri iştirak edib.

İclasdan sonra tədbir iştirakçıları el sənətkarı Aşıq Ələsgərin abidəsini ziyarət edib və xatirə şəkilləri çəkdiriblər.