Benilüks (Belçika-Niderland-Lüksemburq) Azərbaycanlıları Konqresinin sədri və əməkdaşları Qərbi Azərbaycan İcmasını ziyarət etmişlər
19 avqust 2024, 10:29

Benilüks (Belçika-Niderland-Lüksemburq) Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini Sima Cəfərova, Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva və Benilüks Azərbaycanlıları Konqresinin Azərbaycan üzrə nümayəndəsi, ”Dayaq” təşkilatının sədr müavini Məcid Məmmədov Qərbi Azərbaycan İcmasını ziyarət etmişlər.

Qonaqları Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli və Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu qəbul etmişlər.

Qonaqlara Qərbi Azərbaycan İcmasının məqsəd və məramı haqqında ətraflı məlumat verilmiş, Avropada Qayıdış Konsepsiyası ilə bağlı görülməli olan işlərin forma və üsulları geniş müzakirə olunmuşdur.

Sonda xatirə şəkilləri çəkilmişdir.