Böhrandan sonra uşaqların dözümlülüyü üzrə mütəxəssis Osamudiamen Otasowie ilə görüş olub
05 dekabr 2024, 13:26

5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə Böhrandan sonra uşaqların dözümlülüyü üzrə mütəxəssis Osamudiamen Otasowie arasında ikitərəfli görüş keçirilib.

Deputat Məlahət İbrahimqızı Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının bugünkü konfransın əsas məqsədi olduğunu bildirib.

Ardınca Roma Sapienza Universitetinin Beynəlxalq Hüquq üzrə əməkdaşı Doktor Valentina Çabert ilə görüşən Məlahət İbrahimqızı bildirib ki, son 200 ildə Ermənistandan qovulan azərbaycanlıların öz yurdlarına geri qayıdışı İcmanın əsas məqsədidir. Millət vəkili Azərbaycanlılara qarşı törədilən haqsızlıqların qəbuledilməz olduğunu bildirib.