Qərbi Azərbaycan İcması
Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində 2024-cü il avqust ayının 6-da Laçın şəhərində “Qərbi azərbaycanlılarla görüş” keçirilmişdir.
Qeyd edək ki, yay düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur.
Görüş çərçivəsində Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov, icmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquluyev çıxış ediblər, Qərbi Azərbaycan həqiqətləri barədə məlumatları bölüşmüş, təqdimatlar keçirmişlər. Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilib.
Düşərgədə “Qərbi Azərbaycana yaxından baxış” adlı sənədli film, Qərbi Azərbaycanın tarixi-memarlıq abidələrini, təbii gözəlliklərini əks etdirən fotolardan ibarət slaydlar, Qərbi Azərbaycanın tarixini, coğrafiyasını, təbiətini, dəyişdirilmiş toponimlərini əks etdirən təqdimat nümayiş etdirilmişdir.