Gədəbəy rayonunda “Qərbi Azərbaycan İrsi" kitabının I cildinin təqdimatı keçirilib
10 iyul 2025, 14:55

Gədəbəy Rayon İcra Hakimiyyətində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.

Tədbirdə Qərbi Azərbaycanla bağlı çıxışlar edilib, videoçarx nümayiş olunub.