Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında ötən gün İcma tərəfindən Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzulu beynəlxalq konfransın qonaqlarından olan Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya İcmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynovla görüşüb. Şura sədri azərbaycanlıların öz tarixi torpaqlarından, indiki Ermənistan ərazisindən deportasiyaları ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, təkcə sonuncu 1987-91-ci ildə 300 minə yaxın azərbaycanlının deportasiya edilməsi və bu insanlıq əleyhinə cinayətləri həyata keçirənlərin cəzasız qalması bölgənin inkişafına mane olan amillərdən olub. Quram Marxuliya Şura sədri ilə razılaşaraq bu cür faciələrin bir daha təkrarlanmaması üçün regionda bütün məsələlərin həll edilməli olduğunu, insanlıq əleyhinə cinayətlərin yolverilməz olduğunu bildirərək Cənubi Qafqaz regionunun sülh içərisində yaşamasının önəmini və zəruriliyini vurğulayıb.