Qərbi Azərbaycan İcması
Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, İbn Haldun Universitetinin beynəlxalq siyasət professoru Yaşar Sarı ilə görüş olub
05 dekabr 2024, 16:58
5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, İbn Haldun Universitetinin beynəlxalq siyasət professoru Yaşar Sarı ilə görüşüb.
Ramil Həsən qonağa bildirib ki, ötən əsrdə dörd dəfə həyata keçirilən deportasiya Qərbi azərbaycanlılar üçün ağır nəticələrlə müşaiyət olunub. Onlar öz ata baba yurdlarından qoparılıblar. Bu gün bu insanların əsas istəkləri sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaqdır.