İlk panel sessiya “Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusuna həsr olunub
03 iyun 2026, 21:14

BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfrans çərçivəsində ilk panel sessiya “Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusuna həsr olunub. Panelin moderatoru ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olub.

Sessiyada Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan–Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Mišković və Qərbi Kaspi Universitetinin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Sheraz Mehmood Khan məruzələrlə çıxış ediblər.

Paneli açan moderator Fariz İsmayılzadə Qərbi Azərbaycana qayıdış ideyasının yalnız tarixi ədalətin bərpası deyil, eyni zamanda regionda dayanıqlı sülhün və qarşılıqlı etimada əsaslanan yeni əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə aparılan elmi müzakirələr regional təhlükəsizlik, inteqrasiya və gələcək inkişaf perspektivlərinin daha dərindən qiymətləndirilməsinə töhfə verir.