Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən Beynəlxalq Konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvləri arasında ikitərəfli görüşlər davam edir.
İcmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynov Rusiyanın INPO "BRICS&SCO" İnnovativ Diplomatiya Mərkəzinin baş direktoru Nina Ladıqina-Qlazunova ilə görüşdə Qərbi Azərbaycanlıların ötən əsrdə dörd dəfə deportasiyaya məruz qalmaları, bu deportasiyalar nəticəsində maddi və qeyri – maddi mədəni irsə də ağır zərbələr dəydiyini vurğulayıb.
Şura sədri bu humanitar fəlakət nəticəsində ahıllar, qadınlar və uşaqların da zərər çəkdiyini vurğulayıb. Öz növbəsində Rusiyalı qonaq insan hüquqları məsələsində ayrı –seçkiliyin yolverilməz olduğunu, beynəlxalq hüququn hər kəs üçün işləməli olduğunu vurğulayıb.