Qərbi Azərbaycan İcması
Kürdəmir rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib
17 iyul 2025, 09:22
Kürdəmir Rayon İcra Hakimiyyətində Qərbi Azərbaycan İcması ilə birgə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edilib, silsilə nəşrə dair videoçarx nümayiş olunub.
Millət vəkili Rafael Hüseynov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli və digər çıxış edənlər kitabın elmi və hüquqi əhəmiyyətindən danışıb, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı mədəni irsin məqsədyönlü şəkildə məhv edilməsini diqqətə çatdırıblar.