Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - Mətbuat Katibi Ülviyyə Zülfiqar İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnkişaf hüququ üzrə xüsusi məruzəçisi Surya Deva ilə görüşüb.
Sözçü 1987-91-ci illərdə sonuncu deportasiya dalğasında Ermənistandan 300 min azərbaycanlının qovulması, onların hələ də öz evlərinə qayıda bilməməsi və bununla da inkişaf hüququnun pozulması haqqında məruzəçiyə məlumat verib və mandatı çərçivəsində bu məsələ ilə məşğul olmağı xahiş edib. Xüsusi məruzəçi Surya Deva qaldırılan məsələ ilə yaxından tanış olacağını bildirib. İcma nümayəndəsi xüsusi məruzəçiyə Qərbi Azərbaycan İcmasının BMT-nin bütün rəsmi dillərində nəşr edilmiş Qayıdış Konsepsiyasını təqdim edib.