Prof. Queen Rania Turizm və İrs Fakültəsi, Haşimi Universitetinin professoru Moh'd Waheeb Ali Hussein ilə görüş olub
05 dekabr 2024, 13:59

5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Professor Misir Mərdanov ilə Prof. Queen Rania Turizm və İrs Fakültəsi, Haşimi Universitetinin professoru Moh'd Waheeb Ali Hussein arasında ikitərəfli görüş keçirilib.

Misir Mərdanov son 200 il ərzində soydaşlarımızın üzləşdiyi müsibətlər barədə qonağa məlumat verərək bildirib ki, 1987-91-ci illərdə Ermənistan ərazisindən çıxarılan 300 minə yaxın Qərbi Azərbaycanlının geri qayıdış hüququ bütün beynəlxalq sənədlərdə təsbit edilib.