Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Aşıq Ələsgərin Bakı şəhərində yeni açılışı olmuş abidəsini ziyarət ediblər.
İcma nümayəndələri aşıq sənətimizin parlaq nümayəndəsi, böyük el sənətkarı Dədə Ələsgərin abidəsi önünə tər güllər düzmüş, poeziyamızın dühasının xatirəsini ehtiramla yad etmişlər.
Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə 1972-ci ildə doğulduğu Ağkilsə kəndində onun abidəsi ucaldılmışdı, lakin Qərbi Azərbaycanlıların öz ata-baba yurdundan sonuncu 1987-91-ci illər deportasiyası zamanı abidə yerlə-yeksan edilmişdi.