Qərbi Azərbaycan İcması ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi əməkdaşlıq məsələlərini müzakirə ediblər
15 fevral 2023, 13:39

Qərbi Azərbaycan İcmasında İcmanın rəhbər heyəti ilə Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin rəhbərliyi arasında görüş keçirilib.İcmanın İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq Agentlik tərəfindən göstərilən marağı və diqqəti yüksək qiymətləndirdiyini bildirib.

Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək qarşıda görüləcək işlərlə bağlı İcmaya uğurlar arzuladığını dilə gətirdi.

Görüş zamanı Qərbi Azərbaycan İcması ilə Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edildi.

Görüşdə İcma sədri ilə yanaşı, sədrin müavinləri, millət vəkili Ramil Həsən, millət vəkili Hikmət Babaoğlu, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı, İcmanın sözçüsü Ülviyyə Zülfiqar, Agentliyin əməkdaşları iştirak ediblər.