Qərbi Azərbaycan İcması
2024-cü il oktyabrın 10-da Qərbi Azərbaycan İcması Mərkəzi orqanları rəhbərlərinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açıb. İclasda Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə yerli icmalarının fəaliyyət istiqamətlərinə dair Təlimatı, İcmanın 2024-cü il üzrə təsdiq olunmuş iş planının icrası vəziyyəti, 5-6 dekabr tarixlərində keçirilməsi planlaşdırılan Beynəlxalq Konfrans və bir sıra digər məsələlər müzakirə olunub.
Müzakirələr zamanı Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, QAİ Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, QAİ sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və digərləri çıxış ediblər.