Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvləri Fəxri Xiyabanı ziyarət ediblər
28 aprel 2026, 14:05

28 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

Ziyarətdə Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Şuranın üzvü, millət vəkili Günay Ağamalı, sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, eləcə də icmanın digər ziyalı xanımları iştirak ediblər.

Anım mərasimi zamanı akademikin xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm xidmətlər göstərmiş, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlərə imza atmış görkəmli alimlərdən biri kimi yadda qalıb. O, eyni zamanda görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası kimi nümunəvi həyat yolu ilə seçilən Azərbaycan qadınının rəmzi kimi də yüksək ehtiramla anılır.