Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin qərarı ilə İcmanın təşkilatlanmasında fəallıqları, milli-mənəvi dəyərlərin qorunmasına və Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə verdikləri dəyərli töhfələrə görə daha bir qrup ziyalı mükafatlandırılıb.
Təltif olunanlar arasında İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, şair, publisist, folklorşünas alim, filologiya elmləri doktoru, professor, Ziyalılar Şurasının üzvü Avtandil Ağbaba (Məmmədov Avtandil İsfrail oğlu) və İcmanın üzvü Fərmail Əkbərov yer alıb.
Onların hər biri Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyalara çatdırılması, gələcək nəsillərə ötürülməsi və İcmanın fəaliyyətinin daha da güclənməsində göstərdikləri səylərə görə İdarə Heyətinin qərarı ilə Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunublar.
Qərbi Azərbaycan İcması olaraq, xidmətləri ilə seçilən ziyalılarımızı səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.