Qərbi Azərbaycan İcması ziyalılarımızı Fəxri Fərmanla təltif edib
23 sentyabr 2025, 15:41

Qərbi Azərbaycan İcması İdarə Heyətinin qərarı ilə bir sıra dəyərli ziyalılarımız İcmanın ictimai-mədəni həyatında göstərdikləri xidmətlərə görə Fəxri Fərmanla təltif olunublar.
Təltif olunanlar arasında Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının və Loru mahalı Allahverdi rayon İcmasının sədri,  iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan səhiyyəsinin və tibb elminin görkəmli nümayəndəsi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyinin Baş cərrahı, Qərbi Azərbaycan İcması Çəmbərək rayonunun Ardanış kənd icmasının sədri Məhəmməd Kərimov, həmçinin Birinci Qarabağ müharibəsi iştirakçısı, yazıçı, şair, ssenarist, rejissor, televiziya işçisi və Qərbi Azərbaycan mövzusunda 20 seriyalı sənədli filmin müəllifi, Ziyalılar Şurasının üzvü Füzuli Sabiroğlu yer alır.
Qərbi Azərbaycan İcması ziyalılarımıza ictimai-mədəni həyatımızda, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında göstərdikləri xidmətlərə  görə təşəkkür, gələcək nəsillərin maariflənməsi və milli irsimizin yaşadılması istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edir.